Türkiyədəki zəlzələ Aralıq dənizini sarsıtdı:

Kahramanmaraşda baş verən iki böyük zəlzələ heyvanlara da təsir edib.

Metbuat.az xəbər verir ki, zəlzələ bölgəsində çoxlu sayda heyvan tələf olub. Dağıntılar altından çıxarılan heyvanlar ərazidə yaradılmış səyyar baytarlıq məntəqələrində müalicə olunurlar.

“Reuters”in xəbərinə görə, Aralıq dənizində baş verən zəlzələdən zərər çəkən 7 balinanın cəsədi KKTC sahillərinə düşüb. Bildirilir ki, sahilə çıxan 3 diri balina yenidən suya atılıb.

Səlahiyyətlilər bu balinaların Kipr sahilləri ətrafında çox da rast gəlinmədiyini ifadə edərək qeyd ediblər ki, onlar bölgədə hərbi və seysmik təlimlər və zəlzələlərdən təsirləndikləri zaman sahilə doğru üzürlər.

Qeyd edək ki, zəlzələ Türkiyədə 20 mindən çox, Suriyada isə 4000-ə yaxın vətəndaşın ölümünə səbəb olub. Hər iki ölkədə zəlzələ nəticəsində 100 mindən çox insan xəsarət alıb. Zəlzələ Türkiyə və Suriya ilə yanaşı, İordaniya, İraq, İsrail və İran kimi ölkələrdə də hiss olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR