Ermənistanın keçmiş müdafiə naziri, hərbi cani, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyana qarşı ittiham irəli sürülüb.
Metbuat.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a Baş Prokurorluqdan məlumat verilib.
Qeyd edilir ki, Ohanyan bir neçə epizod üzrə, xüsusilə külli miqdarda mənimsəmədə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.