"Hummer" ilə şəhərin mərkəzində erməni polislərini "dolayan" şəxs həbs edildi -

Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən Respublika meydanında, hökumət binasının yaxınlığında atışma baş verib.

Metbuat.az xəbər verir ki, "Hummer" markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtomobili hüquq-mühafizə orqanlarının əməkdaşları və vətəndaşlar istiqamətində idarə edib.

Polis sürücünü dayandırmaq üçün maşının təkərlərinə atəş açıb.

"Hraparak" nəşrinin məlumatıan görə, 25 yaşlı Qeqam Sahradyan barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin sürücünün yanından kağıza bükülmüş halda çəkisi 1,9 qram olan "metamfetamin" adlı narkotik vasitə aşkar edilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR