Saakaşvilinin xəstəxanadan yeni görüntüləri yayıldı -

Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixeil Saakaşvilinin müalicə aldığı klinikadan yeni görüntüləri paylaşılıb.

Metbuat.az xəbər verir ki, müşahidə kameraları vasitəsilə çəkilmiş kadrlarda sabiq Prezidentin halının pisləşdiyi, hərəkət etməyə çətinlik çəkdiyi və müvazinətini itirərək yıxıldığı əks olunur. Kadrların ötən il oktyabrın 6-da çəkildiyi qeyd olunub.

Saakaşvilinin vəkilləri və yaxınların onun səhhətinin hər gün daha da pisləşdiyini bildirirlər.

Qeyd edək ki, Saakaşvili 2021-ci ildə həbs edilib. O, Rustavi şəhərinin həbsxanasında saxlanılırdı. 2022-ci ilin may ayından səhhəti pisləşdiyi üçün “Vivamed” özəl klinikasına yerləşdirilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR