"Türkiyədə fevralın 6-da baş verən zəlzələ bölgəsində valideynlərini itirən uşaqların digər ölkələrdə yaşayan şəxslərə övladlığa verilməsi müzakirə mövzusu deyil".
Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı keçirdiyi mətbuat konfransında deyib.