Xəbər verdiyimiz kimi, Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 nəfər sağ çıxarılıb. , Azərbaycan FHN-in xilasedicilərinin Türkiyə və Belarusdan olan həmkarları ilə birgə həyata keçirdikləri xüsusilə mürəkkəb xilasetmə əməliyyatı nəticəsində Kahramanmaraşda dağıntılar altında 198 saat qalmış 2 qardaş – 17 yaşlı Muhammed Enes və 21 yaşlı Abdulbaki sağ xilas olunublar.
Metbuat.az xəbər verir ki, 198 saat dağıntılar altında qalmağı bacaran Muhammed Enes və qardaşı yaşadıqlarını danışıb.
Enes qeyd edib ki, ilk günlər çox çətin olub. 9 gün qardaşı ilə birlikdə dağıntılar altında qalıb. Sadəcə 1 gün yanlarındakı yeməklərdən yeyiblər.
Muhammed Enes qeyd edib ki, hər iki bu günlər ərzində Abdulbakinin idman üçün qəbul etdiyi protein tozlarla qidalanıblar.