Quterreş Suriyaya 400 milyon dollar yardım ayırmağı təklif etdi

BMT-nin Baş katibi Antonio Quterreş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Suriyaya üç ay müddətinə yardım ayırmağı təklif edib.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, o, bu məqsədlə 397 milyon dollarlıq humanitar yardım təklif etdiyini açıqlayıb.

"Bu gün mən Suriyanın zəlzələdən zərər çəkmiş əhalisi üçün BMT-nin 397 milyon dollarlıq humanitar yardım təklifini elan edirəm. Bu, üç aylıq dövrü əhatə edəcək" – Baş katib deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR