Bayraktar zəlzələ anından danışdı -

Hatayda zəlzələ nəticəsində dağıntılar altından sağ çıxarılan həkim Ufuk Bayraktar zəlzələ anından danışıb.

Metbuat.az xəbər verir ki, o qeyd edib ki, həmin gecə xanımı ilə söhbət edən zaman zəif hiss edilən titrəmə olub. Sonra isə zəlzələ qəfil güclənib və bina çöküb.

25 saat dağıntılar altında qalan Bayraktar xanımının son sözlərini xatırlayaraq bunları qeyd edib: "Sadəcə bina çökən zaman qışqırığını eşitdim. Onunla çox şirin söhbətimiz var idi, çox xoşbəxt idik. Demə, son söhbətimiz imiş. Elə son sözü də "Bəlkə, bir qəhvə hazırlayım" oldu. Sonra da zəlzələ baş verdi. Eyni binada qardaşım da var idi. Mən səsləndikcə, onlar səs verdilər mənə, amma yoldaşımdan səs almadım".

7 il öncə ev aldıqlarını bildirən zərərçəkən binanın zəlzələ ilə bağlı görülən tədbirlərdən sonra tikildiyini bildirib.

Qeyd edək ki, Türkiyədə fevral ayının 6-da baş verən şiddətli zəlzələ nəticəsində 31 mindən çox insan həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR