Naxçıvanda külli miqdarda qanunsuz siqaret və spirtli içkilərin satışının qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və spirtli içkilərin realizə edilməsinin qarşısını alıblar.

Metbuat.az komitəyə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin əməkdaşları Şərur rayon sakininin yaşadığı ünvana baxış keçiriblər.

Baxış zamanı həmin ünvanda yerləşən evin həyətyanı sahəsində olan yardımçı tikililərdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və aksiz markası ilə markalanmayan müxtəlif adlarda, ümumilikdə 370 760 ədəd siqaretlər və 41 ədəd spirtli içkilər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR