Türkiyəli aktyor Ahmet Kara zəlzələ nəticəsində həyatını itirib.
Metbuat.az xəbər verir ki, Kara zəlzələ baş verən zaman yatağında olub. Bu zaman isə o çarpayı ilə birlikdə 5-ci mərtəbədən yerə uçub. Binanın çökməsi səbəbindən divar aktyorun üstünə yıxılıb. Nəticədə Ahmet Kara çox qan itirərək həlak olub.
Qeyd edək ki, Ahmet Kara gənc yaşlarında böyük uğurlar qazanıb. Biznesinin çökməsi nəticəsində o, müflisləşib. Bu yaxınlarda çəkildiyi "Beyaz Atlı Prens" ( hələ yayımlanmayıb- red) filmində yer alıb.