Panamada avtobus qəzaya uğradı:

Panamada avtobusun aşması nəticəsində azı 33 nəfər ölüb.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

60-dan çox miqrantın olduğu avtobus Kosta-Rika ilə sərhəddə yerləşən Çiriki əyalətindəki müvəqqəti yaşayış məntəqəsinə doğru gedirmiş.

Panama Prezidenti Laurentino Kortiso tviter hesabında yazıb ki, hökumət zərərçəkənlərə tibbi yardım göstərir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR