Türkiyənin zəlzələ baş vermiş bölgəsində növbəti 2 yeraltı təkan qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi tviter səhifəsində məlumat verilib.

Belə ki, Kahramanmaraş və Malatya vilayətlərində 2 yeni zəlzələ olub.

Kahramanmaraşın Türkoğlu rayonundakı zəlzələ Rxiter şkalası ilə 3.8 balla qiymətləndirilib və ocağı yerin 7 kilometr dərinliyində yerləşib. Malatyadakı silkələnmə isə vilayətin Battalqazi rayonunda baş verib və maqnitudası 4.4 olub. Bu zəlzələnin ocağı da yerin 7 kilometr dərinliyində olub.