Dağıntılar altında qalan sosial media fenomeni 19 yaşlı Taha Duymazın günlər sonra cansız bədəni tapılıb.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun meyiti Hatayın Yayladağ rayonunda zəlzələnin dağıntıları altından çıxarılıb.

Qeyd edək ki, instaqramda 1 milyon izləyicisi olan Taha yemək bişirmə videoları ilə məşhurlaşıb. Zəlzələ zamanı onun 1 il öncə həyatı barədə danışdıqları da gündəm olmuşdu.