Türkiyədə fevralın 20-dən etibarən distant təhsil əsasında yaz semestri başlayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Ali Təhsil Şurasının sədri Erol Özvar məlumat verib.

O qeyd edib ki, ənənəvi təhsil daxil olmaqla, hibrid təhsilin keçirilib-keçirilməyəcəyi aprelin əvvəlindən etibarən qiymətləndiriləcək. Özvar bildirib ki, tələbələr tətbiqi proqramlarda üz-üzə təhsil alacaqlar.