Rusiya bu ölkə ilə birləşib NATO-ya qarşı müharibəyə başlaya bilər -

Rusiya və Belarus NATO ilə genişmiqyaslı müharibəyə başlaya bilər.

Metbuat.az xəbər verir ki, bu barədə da Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavel iddia irəli sürüb. O bildirib ki, Rusiyanın edəcəyi həmlələr dünya üçün gözlənilməz olmamalıdır. Prezidentin sözlərinə görə, Rusiya hələ də Ukraynadakı məğlubiyyətdən nəticə çıxarmayıb və Moskva Qərbin birliyini düzgün dəylərləndirmir.

“Mən Rusiya və Belarusun NATO ilə münaqişəyə başlayamayacağını və ya nüvə silahından istifadə etməyəcəyini əminliklə deyə bilmərəm. Ola bilsin ki, mən iki il əvvəl buna “Yox” deyərdim”. Amma bir il əvvəl bu ölkələr Ukraynaya təcavüz etməyə başladılar və mən artıq əmin deyiləm.Qərbin Rusiyaya ehtiyatla reaksiya verməsinin səbəbi var. Çünki, Rusiyanın minlərlə nüvə başlığı var”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR