Çavuşoğluya yeni müavinlər təyin edildi

Türkiyənin xarici işlər nazirinə iki yeni müavin təyin edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin rəsmi qəzetində məlumat yayılıb.

Bildirilir ki, ölkənin İspaniyadakı səfiri Burak Akçapar və Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsi Mehmet Kemal Bozay xarici işlər nazirinin müavini təyin olunub.

XİN müavini Faruk Kaymakçı isə Aİ-dəki daimi nümayəndə vəzifəsinə təyinat alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR