Türkiyənin Hatay şəhərində zəlzələdən 296 saat sonra dağıntılar altından üç nəfər sağ çıxarılıb.

Metbuat.az xəbər verir ki, həmin şəxslərdən biri uşaqdır.

Onların xəstəxanaya yerləşdirildiyi bildirilib.

Xatırladaq ki, Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 39 672 nəfərə çatıb.