Günay ad gününü Tanzaniyada keçirdi -

Türkiyədə məşhurlaşan azərbaycanlı model Günay Musayeva Tanzaniyaya yollanıb.

Metbuat.az xəbər verir ki, model ad gününü Zənzibarda keçirib.

O, sosial şəbəkə hesabından fotolar paylaşaraq bunları əlav edib: "Əlimizdə olan hər şey indidir. Əlimizdə olan hər anın qədrini bilməliyik. Bu gün mənim doğulduğum gündür. Ad günü arzularınız üçün hamınıza təşəkkür edirəm. Bu əziyyəti çəkən hər kəsə sevgi göndərirəm. Belə gözəl ad günü təşkil etdiyiniz üçün təşəkkürlər" .


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR