Türkiyənin Kahramanmaraş vilayətində daha bir güclü zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin gücü 5,3 bal olub. Yeraltı təkanlar yerin 5,4 kilometr dərinliyində baş verib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) isə zəlzələnin gücünün 5,1 bal olduğu məlumatını yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 22:31-də meydana gəlib.