Türkiyə gecə boyu yenə sallandı -

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) rəsmi tviter səhifəsində məlumat yayıb.

Qeyd edilib ki, bu gün gecə saatlarından başlayaraq Kahramanmaraş Onikişubat bölgəsində 3.6, Türkoğluda 4.2, Elbistanda 3.6, Malatyanın Pütürge bölgəsində 4.3, Elazığın Palu ərazisində ard-arda 4.7, 4.8, Malatyanın Yeşilyurt bölgəsində 3,6 bal gücündə zəlzələr qeydə alınıb.

Bundan əlavə, Elazığın Palu bölgəsində 2 dəfə baş verən zəlzələdən sonra yenidən səhər saatlarına yaxın 4.6, 3.7, 4.4, 4.5 bal gücündə zəlzələlər qeydə alınıb.

Bundan yarım saat əvvəl isə fevral ayındakı dəhşətli zəlkələnin mərkəzi olan Kahramanmaraşın Pazarcık bölgəsi yenidən silkələnib. 3.5 bal gügncə olan zəlzələ 7,09 km dərinlikdə qeydə alınıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR