Ermənistanda ölən hərbçilərin sayı 3-ə

Dünən saat 19:40 radələrində Ermənistanın Sünik vilayətinin Xnatsax kəndi yaxınlığında qar uçqunu baş verib.

Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, nəticədə Ermənistan Müdafiə Nazirliyinin "UAZ" markalı avtomobili dərəyə yuvarlanıb, iki hərbçi ölüb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan digər iki hərbçi qarnizon hospitalına yerləşdirilib.

Qeyd edək ki, dünən həmçinin N saylı hərbi hissənin hərbçisi Hayk Petrosyan güllələnərək öldürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR