Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan bu həftə istefaya göndəriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın mətbuatı məlumat yayıb.
"Hraparak" nəşri yazır ki, Vardanyan cümə axşamı istefaya gedəcək. Bu məlumat rəsmi olaraq separatçıların "rəhbəri" Arayik Harutyunyan tərəfindən elan ediləcək.
Onun yerinə isə separatçıların "baş prokuroru" Qurgen Nersisyan təyin ediləcək.