Dünən axşam saatlarında Türkiyənin Hatay vilayətində baş verən 6,4 və 5,8 ballıq zəlzələlər canlı yayımlarda lentə alınıb.
Metbuat.az xəbər verir ki, ölkənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) deputatı Lütfi Kaçıkçı canlı yayımda çıxış edən zaman zəlzələ olub. Hatayı təmsil edən deputat təkanları hiss edən an dərhal qaçıb.