Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, MHP sədri Dövlət Baxçalı və daxili işlər naziri Süleyman Soylu Hatayda baş verən 6,4 bal gücündə zəlzələni AFAD koordinasiya mərkəzində hiss ediblər.

Metbuat.az xəbər verir ki, Ərdoğanın, Baxçalının və Soylunun həmin anları izləyicilər tərəfindən lentə alınıb.

Qeyd edək ki, dünən axşam Hatayın Defne rayonunda 6.4 bal gücündə, 20.07-də isə Samandağ rayonunda 5.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 6 nəfərin həyatını itirdiyi, 213 nəfərin isə yaralandığı bildirilib.