Bu günlərdə Münhendə “Dialoq vasitəsilə sülh” şüarı altında yenidən toplanan Təhlükəsizlik Konfransının bu dəfəki, missiyası da dövlət və hökumət başçıları, siyasətçilər, parlamentarilər, araşdırma mərkəzləri, media və beynəlxalq təhlükəsizlik sahəsində ixtisaslaşan təşkilat və mütəxəssislər və sairarasında davamlı və qeyri-rəsmi dialoq yaratmaqla qlobal və regional problemlərin, münaqişələrin həllinə töhfə vermək idi.
Münhen Təhlükəsizlik Konfransının yeni sədri səfir Kristof Hoysqenin rəhbərliyi ilə təşkil edilən bu sessiyaindiyədək keçirilmiş sessiyalarla müqayisədə iştirakçı sayına görə ən irimiqyaslı olması ilə səciyyələndi. Konfransda Azərbaycan Prezidenti ilə yanaşı, 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katibləri iştirak edirdi. Bu konfransa ölkəmizin başçısının ali qonaq kimi dəvət olunması dövlətimizin yüksək nüfuzunun və mövqeyinin göstəricisi, Azərbaycanın dünyada sülh tərəfdarı olduğunun bir daha təsdiqi və sübutudur. O da xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyev builki Münhen Təhlükəsizlik Konfransına dəvət olunan və diqqət mərkəzində olan çox az sayda dövlət başçılarından biridir. Münhen Təhlükəsizlik Konfransının təşkilatçıları hesab edirlər ki, İlham Əliyev kimi uğurlu Liderin fikir və yanaşmaları beynəlxalq birlik üçün olduqca əhəmiyyətlidir. Bunun nəticəsidir ki, beynəlxalq birlik Prezident İlham Əliyevi strateji baxışlara malik mahir diplomat kimi qəbul edir.
Ölkə rəhbəri İlham Əliyevin konfransın əsas proqramı çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü, “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada və "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda iştirakı, ABŞ-ın Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü, eləcə də səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin nəticəsi kimi qəbul olunmaqla yanaşı Azərbaycanın Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğunu bir daha bəyan etdi.
Sonuncu panel müzakirəsində Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakdan imtina etməsi görünür Paşinyanın 2020-ci ildə Münhendə onun üçün utancverici məğlubiyyəti və biyabırçılığı yenidən yaşamamaq istəyindən irəli gəlib. Xatırladaq ki, həmin debatda dünyanın gözü qarşısında dövlətimizin başçısı tarixi faktlara, siyasi və beynəlxalq hüquqi sənədlərə əsaslanan tutarlı arqumentlərlə erməni tərəfinin əsassız və savadsız şərhlərinə cavab verdi, tarixi həqiqətin, beynəlxalq hüququn normalarının Azərbaycanın tərəfində olduğunu, dövlətimizin mövqeyinin üstünlüyünü nümayiş etdirdi, Ermənilərin əsassız iddialarını beynəlxalq müstəvidə alt-üst etdi. Bu toplantıdan cəmi bir neçə ay sonra isə 44 günlük Vətən savaşındaAzərbaycanın şanlı qələbə çalması Paşinyana və dünya erməniçiliyinəverilən tarixi dərs oldu.
Bir sözlə Ali Baş Komandanın 59-cu Münhen Təhlükəsizlik Konfransında ortaya qoyduğu mövqe, siyasi iradə, dövlətimizin dünya miqyasında bir çox istiqamətdə növbəti beynəlxalq qələbəsikimi yazıldı.
Tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev / Metbuat.az