“Qalatasaray”ın transfer etməyə çalışdığı erməni futbolçudan ŞOK CAVAB

“Qatasaray”ın transfer etməyə çalışdığı Moskva "Dinamo"sunun erməni əsilli futbolçusu Arsen Zaxaryan Rusiya mediasına açıqlama verib.

Metbuat.az Ntvspor-a istinadən xəbər verir ki, 19 yaşlı futbolçu “Qatasaray”da futbol oynamaq istəmədiyini deyib. “Şəxsi səbəblərdən karyeramı “Qalatasaray”da davam etdirmək fikrində deyiləm” - erməni futbolçu deyib.

Qeyd edək ki, Türkiyə mediası Arsen Zaxaryanın “Qatasaray”dan illik 2,5 milyon avro məvacib tələb etdiyini yazmışdı. “Qatasaray” Moskva "Dinamo"suna 12 milyon avro təklif etmişdi.

Arsen Zaxaryan Rusiya milli komandasının formasını geyinir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR