Acun İlicalı tarixi klubu alır

İngiltərə Futbol Liqası Çempionşipdə çıxış edən “Hall Siti”nin sahib türkiyəli iş adamı Acun İlicalı yeni futbol klubunu almağa hazırlaşır.

Metbuat.az Ntvspor-a istinadən xəbər verir ki, o, İrlandiyanın “Dundalk” klubunu almağa hazırlaşır. Bildirilir ki, məqsəd “Hall Siti”dəki gənc oyunçuları icarə əsasında “Dundalk”da oynadaraq onların təcrübə qazanmasına şərait yaratmaqdır. Acun İlicalı əvvəlki açıqlamaları zamanı belə fikrinin olduğunu açıqlamışdı.

Qeyd edək ki, “Dundalk” İrlandiya premyer liqasının ən titullu ikinci klubu hesab edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR