Putin məğlub olacağını bilsə bunu edəcək:

"Rusiya indiyədək heç bir hədəfindən əl çəkməyib. Putin müharibədə qalib gələ bilməyəcəyini anlayanda danışıqlar başlayacaq”.

Metbuat.az xəbər verir ki,Alman tarixçisi və istefada olan general Klaus Vittmann belə açıqlama verib. Onun sözlərinə görə, Putin bu müharibədə qalib gələ bilməyəcəyini və məqsədlərinə çata bilməyəcəyini anlayanda danışıqlara razılıq verəcək. Onda danışıqlar Rusiyanın deyil Ukraynanın şərtlərinə uyğun olacaq. Klaus Vittman bildirib ki, Rusiyanın məqsədi Ukraynanı parçalamaq, məhv etmək və tamamilə özünə tabe etməkdir.

Rusiyanın “İstədiyimi alaram, qalanını danışarıq” anlayışı ilə hərəkət etdiyini vurğulayan Wittmannın sözlərinə görə, danışıqlar üçün bütün imkanlar dəyərləndirilməlidir.Çinin Rusiyanı ram edə biləcək gücdə olduğunu deyən tarixçi hesab edir ki, Çin və Rusiya “qardaş” kimi yaxın olduğu üçün Pekin bu məsələdə konstruktiv rol oynaya bilməyəcək. Wittmann Qərb ölkələrini Ukraynaya vaxtında dəstək verməməkdə günahlandırıb.

“Rus ordusunun hazırda NATO ölkələrinə hücum etməyə cəsarət etməyəcək. Lakin sonra ola bilər. Rusiya Ukraynada hədəflərinə çatarsa, bununla dayanmayacaq. Gücünü yenidən toplayandan sonra məsələn, NATO-nun şərq cinahında çox həssas olan Baltikyanı ölkələrə hücum edə bilər” - tarixçi qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR