Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların "dövlət naziri" Ruben Vardanyan "vəzifəsindən" uzaqlaşdırılıb və onun yerinə Qurgen Nersisyan gətirilib.

Metbuat.az xəbər verir ki, Nersisyan 1985-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olub. 2007-ci ildə Xankəndidə hüquq ixtisası üzrə ali təhsil alan Nersisyan 2021-ci ildən bu günə qədər separatçıların "baş prokuroru vəzifəsində" işləyib.

Xankəndi separatçıları arasında "Sorosun adamı" kimi tanınan Nersisyanın Nikol Paşinyanın komandasına yaxın olduğu, Ermənistan hakimiyyəti ilə yaxşı münasibətlər qurduğu qeyd edilir.