Keyn bombası -

“Bavariya” klubu “Tottenham Hotspur"un hücumçusu Harri Keyni transfer etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniyanın “Todofichajes” saytı məlumat yayıb. Məlumata görə, “Bavariya” Keyn üçün 110 milyon funt sterlinq dəyərində təklif hazırlayıb. Bildirilir ki, Keynin klubu ilə müqaviləsi 2024-cü ildə başa çatır. 29 yaşlı futbolçu hələlik müqaviləsini yeniləməyib. İddialara görə, Keyn də başqa klubda futbol oynamaq istəyir.

Xarici KİV-lər yazır ki, “Tottenham Hotspur" Keynlə müqavilə yeniləyə bilməsə və bu mövsümün sonunda onu satmasa futbolçu ya klubdan azad agent kimi ya da olduqca aşağı məbləğə ayrılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR