İnternetdə Kahramanmaraşda baş verən zəlzələnin yeni videosu yayılıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülər baş verən “afterşok”lardan biri zamanı qeydə alınıb.

Kadrlarda yaşayış binasının gəmi kimi yırğalandığı əks olunub. Ətrafdakı binaların isə “afterşok”lara davam gətirməyərək uçub yerlə bir olduğu aydın görünür.