Ebeko yenə püskürdü -

Kuril adalarında Ebeko vulkanı 3 km hündürlüyə tüstü püskürüb.

Metbuat.az xarici mediyaya istinadən xəbər verir ki, narıncı aviasiya təhlükəsi rəng koduna malik olan Ebekodan çıxan şleyf şərqə doğru 5 km-ə qədər məsafəyə yayılıb. Mütəxəssislərin fikrincə, son vaxtlar vulkan yüksək püskürmə ehtimalı ilə artan aktivlik nümayiş etdirir.

Qeyd edək ki, hündürlüyü 1156 metr olan Ebeko vulkanı Paramuşir adasının şimal hissəsində yerləşib. Ebeko vulkanı 2021- ci ilin iyun ayında aktivləşmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR