Azad edilən ərazilərdə daha 156 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan Metbuat.az-a bildirilib ki, fevralın 1-dən 28-nə qədər Tərtər, Ağdam, Füzuli, Xocalı, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl, Kəlbəcər və Zəngilanda 40 piyada əleyhinə mina, 116 tank əleyhinə mina və 1 486 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

    Bildirilib ki, 2470 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR