Amazon meşələrində itkin düşən şəxs təəccübləndirdi -

Boliviyanın şimalındakı Amazon cəngəlliyində itən 30 yaşlı Conattan Akosta 31 gün sonra sağ tapılıb.

Metbuat.az xəbər verir ki, o, meşədə yaşadığı müddətdə qurd, yabanı meyvələr yeyib və öz sidiyini içib. Akosta həmçinin yağış suyunu çəkməsinə dolduraraq içib. Məlumata görə, Akosta Amazon meşələrində ən uzun müddət tək qalan şəxslərdən kimi tarixə düşə bilər. Bildirilir ki, Akosta İtenez əyalətində 4 dostu ilə ova çıxıb. O, dostlarından ayrıldıqdan sonra yoxa çıxıb. Akostanın yoxa çıxmasından sonra ailə üzvləri, yerli sakinlər və dostları tərəfindən axtarış-xilasetmə işlərinə başlanılıb. O itkin düşəndən 31 gün sonra onu axtaran 4 yerli sakin tərəfindən sağ tapılıb.

Xilas olunduqdan sonra xəstəxanaya çatdırılan Akosta bildirib ki, insanların onu bu qədər uzun müddətdir axtardığına inana bilməyib. Akosta “Allaha mənə yeni həyat verdiyi üçün şükür edirəm” deyib. Akosta meşədə bir sıra vəhşi heyvanlarla qarşılaşdığını ifadə edib.

O itkin düşəndən sonra qəsəbəyə çatmaq üçün təxminən 40 kilometr piyada getdiyini, lakin tezliklə dövrə vurduğunu anladığını bildirib.

Qeyd edək ki, bundan əvvəl İsrailli Yossi Ghinsberg 1981-ci ildə Amazon cəngəlliyində üç həftə tək sağ qalıb. Ghinsbergin hekayəsi Daniel Radcliffenin baş rolda olduğu “Jungle” adlı filmdə bünayiş olunub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR