Deputat Hacı Şahindən yazdı -

"Tanınmış ilahiyyatçı alim Hacı Şahin Həsənlinin ölüm xəbərinə çox üzüldüm. Nə qədər arzuları, planları yarımçıq qaldı. Ölümlər nə qədər cavanlaşıb, İlahi!".

Metbuat.az xəbər verir ki, bu sözləri deputat Razi Nurullayev din xadimi Hacı Şahin Həsənlinin ölümü ilə bağlı yazıb.

"Rəhmətlik ilə bir neçə televiziya verilişlərində olmuşduq. Fikirlər düz gəlməyəndə belə Hacı Şahin çalışırdı ki, heç kimin xətrinə dəyən söz deməsin. Səbrli və dövlətini sevən şəxs idi. Yaxınlarına və doğmalarına öz adımdan və rəhbərlik etdiyim Milli Cəbhə Partiyası - MCP adından dərin hüznlə başsağlığı verir və Allahdan ona rəhmət diləyirəm. Ruhu şad, məkanı cənnət olsun!".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR