İran sərhədində insident -

“Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 63 kiloqrama yaxın narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Metbuat.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, martın 1-də saat “Göytəpə” sərhəd dəstəsinin və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1 nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan Ağsu rayon sakini Məmməd Manafovun üzərindəki bağlamaya baxış zamanı 17 kiloqram 600 qram narkotik maddə marixuana və 1430 ədəd psixotrop tərkibli Metadon-40 həbi aşkar olunaraq götürülüb.

Martın 2-də Astaranın Alaşa kəndi yaxınlığında sərhəd naryadı tərəfindən naməlum şəxslərin İrandan Azərbaycan istiqamətində sərhədi pozmaları müşahidə edilib. Ərazidən avtombillə uzaqlaşmağa cəhd edən Şirvan sakinləri Əli Əliyev, Arif Balayev və avtomobilin sürücüsü Kamal Mirzəyev saxlanılıblar. Şəxslərin üzərinə baxış zamanı 10 kiloqram 155 qram narkotik maddə marixuana aşkar olunaraq götürülüb. Saxlanılarkən A.Balayev sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayaraq müqavimət göstərib, qaça bilməyəcəyini anladıqa isə üzərində olan bıçaqla özünə xəsarət yetirib. Ona dərhal ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Martın 2-də Yardımlının Zevin kəndi yaxınlığında 8 kiloqram 609 qram narkotik maddə marixuana və 63 qram civənin, Füzulinin Aşağı Yağlıvənd kəndi yaxınlığında 18 kiloqram 400 qram narkotik vasitənin, Astara şəhəri yaxınlığında 7 kiloqram 100 qram narkotik maddə marixuananın sərhəddən keçirilməsinin qarşısı alınıb.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR