Gimnastımız Dünya Kubokunun

Qətərin Doha şəhərində keçirilən idman gimnastikası üzrə Dünya Kubokunda yığma komandamızın üzvü Nazənin Teymurova sərbəst hərəkətlərin icrasında təsnifat mərhələsini beşinci pillədə başa vurub.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

İdmançımız bu nəticə ilə adını finala yazdırıb.

Qeyd edək ki, daha əvvəl gimnastımız Nikita Simonov halqalarla hərəkətlərin icrasında həlledici mərhələyə yüksəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR