Bakıda supermarketdə silahlı ATIŞMA OLDU -

Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluğun İstintaq idarəsi, Kriminalistika şöbəsi və Xətai rayon prokurorluğunun əməkdaşları hadisə yerindədilər.

Bu barədə Metbuat.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qeyd olunan faktla bağlı prokurorluqda araşdırma aparılır.

"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir" - məlumatda vurğulanıb.


12:53

Paytaxtın Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib.

Metbuat.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisə barəsində araşdırma aparılır: "Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir".


12:49

Bakıda supermarketlərin birində atışma olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu "Nargilə kafesi" adlanan əraziyə yaxın olan "Bravo" Əhmədli Hipermarketində qeydə alınıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR