“WhatsApp”da böyük dəyişiklik -

Avropa Birliyi “WhatsApp”ın xidmət şərtlərindəki dəyişiliklərlə bağlı daha şəffaf olacağı barədə öhdəlik götürdüyünü açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə tərəflər arasında razılıq əldə edilib. Bildirilib ki, “WhatsApp” istifadəçilərini daha yaxşı məlumatlandırmağı və müqavilə yeniləmələri məsələsində istifadəçilərin seçimlərinə hörmət edəcəyini qəbul edib. Məlumata görə, bundan sonra istifadəçilər yeniləmələri rədd etmək istəsə, yeniləmənin rədd edilməsi asanlaşdırılacaq və bu barədə istifadəçilərə lazımi məlumatlar veriləcək. “WhatsApp” istifadəçilərin şəxsi məlumatlarının reklam şirkətləri, “Facebook”da daxil olmaqla üçüncü tərəflə paylaşmayacağına razılıq verib.

Qeyd edək ki, AB Komissiyası istifadəçilərin şəxsi məlumatlarının istifadəsi barədə “WhatsApp”a xəbərdarlıq məktubu göndərmişdi. “WhatsApp”a göndərilən məktubda şirkətdən 2021-ci ildə xidmət şərtləri və məxfilik siyasətində edilən dəyişikliklərin aydınlaşdırması tələb edilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR