"Unibank"ın "Nərimanov" filialında mühafizəçi döyülüb? -

“Bir sıra xəbər saytlarında “Unibank” mühafizəçisinin döyülməsi haqda yayılmış məlumatlarla bağlı bildiririk ki, Bankın Təbriz küçəsi 94 ünvanında yerləşən “Nərimanov” filialında hər hansı insident qeydə alınmayıb”.

Metbuat.az xəbər verir ki, bu barədə “Unibank”ın yaydığı məlumatda deyilir.

    Məlumatda bankın, ümumiyyətlə, Bağırov Lətif İsmayıl oğlu adlı əməkdaşının olmadığı bildirilib.

    “Media orqanlarından Media qanunvericiliyinə və media etikasına uyğun olaraq, “Unibank”la bağlı hər hansı xəbəri yazmazdan əvvəl bankdan və yaxud xəbərin təyinatına uyğun olaraq, aidiyyatı rəsmi qurumlardan dəqiqləşdirməyi xahiş edirik”, - deyə qeyd olunub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR