Bakı, 3 iyun, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Nikoil Bank”la əməkdaşlığa başlayıb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, əməkdaşlıq sayəsində artıq “Nikoil Bank”ın müştəriləri kredit rəsmiləşdirmələrinin icrası üçün tələb olunan müvafiq sənədləri “Elektron hökumət” portalı vasitəsilə əldə edə biləcəklər.