"Sevgililər günü" ilə bağlı qorxulu xəbərdarlıq -

NASA-nın Planeti Müdafiə Koordinasiya Ofisi 2046-cı il fevralın 14-də Yerlə toqquşma ehtimalı olan meteorit aşkar edib.

Metbuat.az xəbər verir ki, “2023 DW” adlandırılan meteoritin planetlə toqquşma ehtimalı 625-də 1 olaraq proqnoz edilib. NASA bunun çox kiçik ehtimal olduğunu bildirir. Bununla belə, kosmik agentlik bu ehtimalın digər asteroidlərin yaratdığı risklərlə müqayisədə orta səviyyədən yüksək olduğunu da vurğulayıb. Digər tərəfdən, alimlər asteroidi daha dəqiq müşahidə edib daha dəqiq ölçmələr əldə edə bilsələr, risk səviyyəsi daha da azala bilər.

Çünki, yeni kəşf edilən asteroidlər barədə araşdırmalar yekunlaşmadığı üçün onlar risk siyahısında birinci yerdə olur. Əlavə araşdırmalardan sonra onların təhlükəsi xeyli aşağı düşür. Asteroidin 14 fevral 2046-cı ildə Yerə çox yaxınlaşacağı gözlənilir. Elm adamları bildirir ki, nisbətən kiçik meteorit olan “2023 DW”nin mümkün toqquşma nəticəsində vuracağı zərbə 66 milyon il əvvəl Yerlə toqquşan 12 kilometrlik meteoritin vurduğu fəsad qədər böyük olmayacaq.

Lakin “2023 DW” böyük bir şəhərin və ya sıx məskunlaşan ərazinin yaxınlığında düşərsə, ciddi ziyan vura bilər.

Elm adamları 2013-cü ildə Rusiyanın Çelyabinsk şəhərinə “2023 DW”nin yarısından da kiçik olan meteoritin düşdüyü xatırladıb. Həmin hadisə zamanı minlərlə binaya ziyan dəyib və 1500 nəfər yaralanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR