Kanada Rusiyaya yeni sanksiya tətbiq etdi

Kanada Rusiyadan alüminium və polad məhsullarının idxalına qadağa qoyub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kanada Maliyyə Nazirliyi qərar verib.

Baş nazirin müavini və maliyyə naziri Kristia Friland qeyd edib ki, bu yolla Ottava Ukrayna ətrafında yaranmış vəziyyət fonunda Rusiya büdcəsinə gəlirlərin axınını məhdudlaşdırır.

Qeyd edək ki, Kanada və ABŞ alüminiumu özləri istehsal edir, Çin isə bu metalın başqa dövlətlərə idxalında Rusiyanın yerini asanlıqla tutacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR