Kim Çen In illərlə gizli saxladı, məktəbə qoymadı... -

Şimali Koreya lideri Kim Çen Inın on yaşlı qızı Kim Çju E barədə yeni kəşfiyyat məlumatları dərc edilib.

Metbuat.az xəbər verir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti ölkə deputatları üçün xüsusi qapalı iclasda bildirib ki, Kim Çju E rəsm çəkməyi və at sürməyi sevir. Kəşfiyyat Xidmətinin rəhbəri Kim Kyo-Hyun bildirib ki, Kim Çe Inın qızı heç vaxt təhsil müəssisələrinə getməyib və o, evdə təhsil alır. Məlumata görə, 10 yaşlı qız fiziki məşğuliyyətləri sevir.

Ehtimal edilir ki, Kim Çju E Kim Çen Inın üç uşağının ikincisidir.

Qeyd edək ki, Kim Çen Inın 3 uşağı olduğu deyilir. Onun ilk övladı oğlandır. Üçüncü övladının cinsi barədə məlumat yoxdur. Kim Çen Inın Kim Çju Eni ictimaiyyətə nümayiş etdirməsi, onun varisinin 10 yaşlı qız olacağı barədə iddiaların səsləndirməsinə səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR