Ukraynadan sonra yeni müharibə ocağı bu region ola bilər -

Şimali Koreyanın sualtı qayıqdan iki “strateji qanadlı raket” atmasından dərhal sonra Cənubi Koreya və ABŞ “Azadlıq Qalxanı” adlı hərbi təlimlərə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb. Cənubi Koreya Baş Qərargahının açıqlamasına görə, təlimdə Şimali Koreyanın nüvə və raket təhdidlərinə qarşı məşqlər ediləcək. Məlumata görə, bu, Cənubi Koreya və ABŞ-ın birlikdə həyata keçirdiyi ən böyük təlimlərdir. Bəyanatda qeyd olunub ki, “Azadlıq Qalxanı” təliminə əlavə olaraq, iki ölkə əməliyyat imkanlarını artırmaq üçün həm quruda, həm də dənizdə təxminən 20 birgə səhra təlimi keçirəcək.

“Bu, Şimali Koreyanın mümkün təcavüzünə qarşı Cənubi Koreyanı müdafiə etmək üçün nəzərdə tutulmuş birgə əməliyyat planına əsaslanan müdafiə təlimidir”, - deyə məlumatda bildirilir. Qeyd edək ki, Şimali Koreya “8.24 Yongung” sualtı qayığından iki “strateji qanadlı raket” atıb. ABŞ buna sərt qarşılıq verəcəyini açıqlayıb.

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq bəyan edib ki, ABŞ-ın ölkəsinin raket sınaqlarına mane olması müharibə elanı sayılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR