Baş məşqçidən şikayət etdi -

"Lester Siti"nin futbolçusu Yannik Vesterqaard baş məşqçi Brendon Rocers haqqında dediyi sözlərdən sonra heyətdən kənarlaşdırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Bildirilib ki, Yannik Vesterqaard komandasının məşqində iştirak etməyəcək və o, məşqləri təkbaşına edəcək.

Qeyd edək ki, danimarkalı oyunçu ölkəsinin mətbuatına açıqlamasında Brendon Rocersin seçimlərini tənqid edib. O, baş məşqçinin ona az oyun vaxtı verməsindən şikayətlənib.

"Brendan Rocers və klub hansı oyunçu ilə müqavilə bağladıqlarını bilirdilər. “Sauthempton”da olanda məni çox istəyirdilər. Güclü və zəif tərəflərimi bilirdilər. Niyə oynaya bilmədiyimi başa düşə bilmirəm, özümü çox yöndəmsiz hiss edirəm” -Yannik Vesterqaard deyib. Məsələ barədə açıqlama verən Brendan Rodcers isə qeyd edib ki, futbolçunun verdiyi müsahibə icazəsiz olduğu üçün bu barədə danışmaq istəmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR