“İsveç və Finlandiya müxtəlif mərhələlərdə NATO üzvü ola bilərlər”.
Metbuat.az xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson belə deyib. Kristersson bildirib ki, o və İsveçin NATO üzrə baş müzakirəçisi Oskar Stenstrom iki ölkənin müxtəlif mərhələlərdə alyansa üzvlük imkanlarının olduğunu düşünürlər. Onun sözlərinə görə, belə vəziyyət yaranarsa İsveç buna hazırdır. Kristersson qeyd edib ki, Finlandiya İsveçdən daha tez NATO-ya üzv ola bilər. İsveçin üzvlüklə bağlı yekun qərarın Türkiyəyə aid olduğunu vurğulayan Kristersson deyib ki, Finlandiya İsveç olmadan NATO-ya üzv olmaqla bağlı vəziyyətin öhdəsindən gələ bilər.
Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin PKK terror təşkilatına və FETÖ-yə dəstək verdiyini əsas gətirərək bu ölkələrin NATO üzvlüyünə qarşı çıxıb.