Xoyda baş verən zəlzələdə 68 nəfər xəsarət alıb

Bu gün səhər İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunda baş verən zəlzələ nəticəsində 68 nəfər xəsarət alıb.

Metbuat.az xəbə verir ki, bunu İranın Qərbi Azərbaycan vilayəti Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi deyib.

H.Məhbubinin sözlərinə görə, 8 nəfər uçqunlar altında qaldığı, qalanı isə zəlzələdən qorxaraq qaçdığı üçün xəsarət alıb.

O, 6 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.

Qeyd edək ki, bu gün Xoy rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR