“Rusiya Çinlə hərbi ittifaq qurmayıb”.

Metbuat.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin belə açıqlama verib. O, Rusiyanın dövlət televiziyasında çıxışı zamanı bildirib ki, Rusiya Çinlə heç bir hərbi ittifaqa girməyib. O, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq fəaliyyətinin şəffaf şəkildə həyata keçirildiyini bildirib.

Çıxışı zamanı Putin Qərb ölkələrini tənqid edib. Putin ABŞ və NATO-nun daha çox qlobal ittifaqlar yaratmaq istədiyini iddia edib. “Qərb yeni Məhvər dövlətləri alyansı yaratmaq istəyir”, - Putin bildirib.