Kim Çen Indan növbəti əmr -

ABŞ və Cənubi Koreyanın bölgədə keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq silah proqramını sürətləndirən Şimali Koreya, Yapon dənizi istiqamətində iki ballistik raket atıb.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiya və Cənubi Koreya açıqlama verib. Yaponiyanın Müdafiə Nazirliyinin açıqlamasına görə, Şimali Koreyanın qərb sahilindən atılan raket maksimum 50 kilometr yüksəkliyə çatıb. Raket təxminən 350 kilometr məsafə qət edib. Raketlərin ölkənin müstəsna iqtisadi zonası xaricinə düşdüyü qeyd edilib. Bölgədə olan təyyarə və gəmilərə ziyan dəyməyib.

Cənubi Koreya Baş Qərargahı isə atılan raketlərin qısa mənzilli ballistik raketlər olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR